BURADA REKLAMINIZ OLA
BİLƏR

Korpus komandiri işdən çıxarıldı

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.

Pravda.az-ın məlumatına görə, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.

Q. Xaçaturov bu ilin fevralında Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək, Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.

Q. Xaçaturovun atası, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov eks-prezident Robert Koçaryanla birlikdə 2008-ci ildə ölkədə konstitusion quruluşun devrilməsi cinayətində ittiham olunur.

Tarix: 8 İyul 2021, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin