BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Məmmədov: "Dərmanı tapmışıq"

"Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq 3 illik mübarizəmizin bəhrəsini görürük".

 

Pravda.az-ın xəbərinə görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

 

O bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub: "Bu virusun dərmanını tapmışıq. Artıq sağlamlaşmaya doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq".

Tarix: 28 Yanvar 2020, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin