BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada 1 yaşlı uşaq öldü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Quba-İspik yolunda qeydə alınıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində 1 yaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər Vəzifə Buxsay qızı Qədirova və Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Tarix: 18 Noyabr 2019, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin