BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampdan prezident seçkilərində iştirakla bağlı açıqlama

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair artıq qərar verdiyini bildirib.

 

Pravda.az-ın məlumatına görə, lakin o, seçki kampaniyasının maliyyələşdirilməsində yarana biləcək problemlər səbəbi ilə hələlik qərarının nə olduğunu açıqlaya bilmədiyini söyləyib:

 

 

"Bəli, bir qərar verdim, bu dəqiqdir. Ancaq kampaniyanın maliyyələşdirilməsində yarana biləcək çətinliklər səbəbindən hələ bunu açıqlaya bilmirəm".

 

Tramp bu çətinliklərin nə olduğuna aydınlıq gətirməyib.

 

Qeyd edək ki, Tramp bu il 28 fevralda Florida ştatının Orlando şəhərində keçirilən konfransda çıxışı zamanı yenidən prezidentlik uğrunda mübarizədə iştirak edə biləcəyini etiraf etmişdi.

 

O, Ağ Ev uğrunda mübarizədə respublikaçı namizədin qələbə qazanacağına inandığını da bildirib.

Tarix: 11 İyul 2021, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin