BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ağ fosfor tərkibli silahlar ermənilərin törətdikləri cinayətlərə görə cavab vermələri üçün maddi sübutdur”

"Cəbrayılda aşkar edilən ağ fosfor tərkibli silahlar ermənilərin beynəlxalq müstəvidə törətdikləri cinayətlərə görə cavab vermələri üçün maddi sübutdur".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda ağ fosfor tərkibli sursatların tapılması erməni hərbi siyasi rəhbərliyinin Azərbaycana qarşı istər 44 günlük Vətən müharibəsində, istərsə də əvvəlki dövrdə qadağan edilmiş silahlardan istifadə edərək terror törətdiyindən xəbər verir: "Biz Vətən müharibəsi boyu Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfindən qadağan olunmuş kasetli və ballistik raketlərdən istifadə edildiyinin şahidi olduq.Bu silahlar nəinki hərbidə, eyni zamanda, mülki əhaliyə qarşı da istifadə edilirdi. Cenevrə Konvensiyası ilə qadağan edilmiş fosfor tərkibli sursatların aşkarlanması bir daha Ermənistanın terrorçu mahiyyətindən xəbər verir, onların hərbi cinayətkar olduqlarını sübut edir. Bu, həmçinin ermənilərin törətdikləri cinayətlərə görə beynəlxalq müstəvidə cavab vermələri üçün maddi sübutdur. Buna görə, onlar mütləq cavab verəcəklər. Təkrar edirəm, bütün bunlar Ermənistanın terrorçu mahiyyətinin əyani təzahürüdür".

 

Nəzrin Cavid

Tarix: 12 İyul 2021, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin