BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşanı ziyarət edən ilk İsrail səfiri şərəfinə nail oldum”

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşa səfəri ilə bağlı paylaşım edib.

 

Səfir "Twitter" hesabındakı paylaşımında "Azərbaycandakı diplomatik korpusun digər nümayəndələri ilə birgə diqqətəlayiq şəhər olan Şuşanı ziyarət edən ilk İsrail səfiri olmaq tarixi şərəfinə nail oldum. Bu mənalı səfəri təşkil etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm", - deyə yazıb.

 

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri iyulun 9-10-da Füzuli və Şuşaya səfər edib.

 

 

Tarix: 12 İyul 2021, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin