BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda da koronavirus yayılıb? - AÇIQLAMA

Yanvarın 16-da Çindən Gürcüstana gələn 22 yaşlı qadında koronavirus təsdiq olunmayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

 

O deyib ki, Gürcüstan vətəndaşı olan həmin şəxs vətənə Çində koronavirusun yayılmadığı bir vaxtda dönüb: “Qadına virus infeksiyası ailə üzvlərindən keçib. Onda hansı virusun olduğu hazırkı mərhələdə məlum deyil və müşahidələr aparılır. Pasiyent evdə müalicə olunur və onun vəziyyəti ciddi deyil”.Report

Tarix: 28 Yanvar 2020, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin