BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT Komitəsinin sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

 

Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar - VİDEO - YENİLƏNİB-1

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub - VİDEO - YENİLƏNİB

Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib

Nümayəndə heyətinin rəhbəri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Nümayəndə heyətinin üzvləri

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri.

Tarix: 12 İyul 2021, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin