BURADA REKLAMINIZ OLA
BİLƏR

Dadaş Dadaşlinski Azərbaycan - Uels oyununa katibəsini göndərdi

İctimai Televiziyada yayımlana “3D” verilişinin aparıcısı Dadaş Dadaşlinski Azərbaycan - Uels oyununa katibəsi Lyuba və uzun müddətdir onun qəbuluna düşmək istəyən Əzizi göndərib.

 

Pravda.az-ın xəbərinə görə, Lyuba oyundan narazı olduğunu bildirib: “Birinci dəfədir stadionda futbol matçı izləyirəm. Soyuqdur. Mən VIP yerdə oturmaq istəyirdim. Amma bileti özümüz almadığımız üçün məcburən burada əyləşmişik. bizi dəvət ediblər”.

 

Lyuba əlavə edib ki, Dadaş Dadaşlinski onun kumiridir: “Ümumiyyətlə, mən o insanı çox istəyirəm. Onun hər bir xüsusiyyətindən çox razıyam. Bir də ki, Dadaş müəllim ona “animasiya” deyilməsini sevmir.  “Lyuba” mənim öz adımdır. Bizdə yalandan heç nə yoxdur. Hər şey doğrudur. Hətta Dadaş müəllim də”.

 

Xatırlatma: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İctimai Televiziyada yayımlanan “3D” verilişinin aparıcısı Dadaşlinski Dadaş Dadaşoğluna AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak üçün 2 bilet göndərmişdi. Aparıcı oyuna gedəcəyini bildirmişdi. O əlavə etmişdi ki, bu, o demək deyil ki, AFFA-nın baş katibi Elxan Məmmədovla stadionda görüşmək niyyətindəyəm, Elxan müəllimi burada – “3D” verilişində gözləyir. Oxu.az

Fotoları təqdim edirik
Tarix: 18 Noyabr 2019, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin