BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti bu qərara dəyişiklik etdi


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Qeyd edək ki, indiyə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmurdu.

Tarix: 12 İyul 2021, 19:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin