BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin restoranlarına getməyin - XƏBƏRDARLIQ

“Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət çin qidalarından istifadə etməsinlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 

O bildirib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər".

Tarix: 28 Yanvar 2020, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin