BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın ABŞ-ın yardımına ehtiyacı yoxdur”

Rusiyanın ABŞ-ın xidmətlərinə və ya yardımına ehtiyacı yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edir.

 

Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Montereydə Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun tələbələri qarşısında videoformatda çıxış edərkən bildirib.

 

 “ABŞ-ın hər hansı xüsusi xidmətlərinə və ya yardımına ehtiyacımız yoxdur, lakin qarşılıqlı faydalı əlaqələrin qurulması üçün hörmət tələb edirik. Maraqlarımızın nəzərə alınacağını gözləyirik”, - diplomat vurğulayıb.

 

“Hazırkı turbulent qlobal şəraitdə biz rusiyalılar və amerikalıların təhlükəsizliyi və inkişafı naminə əməkdaşlıq etməyi öyrənməliyik. Rusiya tərəfi belə işə hazırdır”, - Antonov bəyan edib.

Tarix: 13 İyul 2021, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin