BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-dakı yoxlamalarla bağlı AÇIQLAMA

“Yeni Azərbaycan Partiyası şəffaf, hesabatlı, ictimaiyyətə açıq partiya olduğu üçün yoxlamaların həyata keçirilməsi normaldır və bu, hər zaman olub”.

 

Bunu Pravda.az-a Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

C.Osmanov bildirib ki, ölkədə davam edən islahatlar, xüsusilə 2018-ci ilin 11 aprel tarixində keçirilən növbədənkənar Prezident seçkilərindən sonra intensivləşib: “Cari ilin martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı da yeniliklərlə yadda qaldı. YAP daxilində də bir sıra islahatlar həyata keçirildi: Siyasi Şuranın fəaliyyəti dayandırıldı, İdarə heyətinin tərkibi genişləndirildi, müəyyən şöbələr ləğv edildi və s. Hesab edirəm ki, bu gün YAP-da aparılan yoxlamalar da islahatlarla bağlıdır. Bu il yoxlamaların Hesablama Palatasına tapşırılması yeni yanaşmadır".

 

C.Osmanov qeyd edib ki, sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, partiyanın rayon və şəhər təşkilatlarının sədri iki vəzifə daşıya bilməz: "Bildiyimiz ki, rayon-səhər təşkilatlarının sədrləri əsasən ikili vəzifə tutanlar idi. Odur ki, hesabatlar dinləniləcək və yeni təyinatlar olacaq. Bir daha qeyd edirəm ki, ikili vəzifə daşımaq mümkün olmayacaq. Onu da qeyd edim ki, heç kimi vəzifədə məcbur saxlamırlar. Rayon təşkilat sədrliyindən öz istəyi ilə çıxmaq istəyənlərin ərizəsinə baxıldıqdan sonra müvafiq qərar qəbul ediləcək".

Tarix: 13 İyul 2021, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin