BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edib.

 

Pravda.az xəbər verir ki, bu məqsədlə qanuna yeni maddə əlavə olunub:

 

“Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi

 

15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

 

15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Qanunla tənzimlənir.”.

Tarix: 13 İyul 2021, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin