BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heydər Əliyev hakimiyyətə gələn dövrə qədər Azərbaycan ən geridəqalmış respublikalardan biri idi” - RƏY

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə ilk dəfə siyasi hakimiyyətə gəlməsindən 52 il ötür.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Heydər Əliyev hakimiyyətə gələn dövrə qədər Azərbaycan 15 müttəfiq respublika arasında ən geridəqalmış aqrar respublikalardan biri idi: "Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədə vəziyyət tamamilə dəyişdi. Azərbaycan bütün istiqamətlərdə - sənaye, elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və s. sahələrdə inkişaf etməyə başladı. Azərbaycanın bir neçə il ard-arda “Keçici Qırmızı Bayraq” alması, bir sıra orden və medallarla təltif edilməsi, həmin dövrdə bir sıra əmək adamlarının Sosialist Əməyi Qəhrəmanı olması, elm, sənət adamlarının fəxri adlar alması inkişafın göstəricisi idi. O dövrlər bizim gənclik dövrümüz idi, bütün bunlara şahidlik edirdik. Respublikadakı quruculuq işləri, məşhur binaların, inzibati obyektlərin, metrostansiyaların, yaşayış binalarının tikintisi gözümüzün önündə baş verirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda inkişaf dövrü başladı. Hələ bu gün də öz töhfəsini verməyə davam edən nəhəng prosesə başçılıq etdi. SSRİ-nin aparıcı təhsil ocaqlarına çox sayda azərbaycanlı tələbələrin göndərilməsi, ölkədə ilk hərbi məktəbin açılması da Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin uğurlarını saymaqla bitməz. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqeyə sahib oldu və ölkə bütün istiqamətlərdə sürətlə inkişaf etməyə başladı".

 

Nəzrin Cavid

Tarix: 14 İyul 2021, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin