BURADA REKLAMINIZ OLA
BİLƏR

Oxçuçayı çirkləndirən kombinatda axtarış əməliyyatı keçirilir

Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilir.

Pravda.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Alfa” adlanan xüsusi təyinatlı dəstəsi kombinatın inzibati binasına daxil olub və otaqlarda axtarış aparır.

“Ermənistan” seçki blokunun nümayəndəsi Vaqe Akopyan bildirib ki, xüsusi təyinatlılar kabinetlərdəki kompüterləri müsadirə ediblər.

O, axtarışın hansı cinayət işi çərçivəsində həyata keçirildiyini bilmədiyini deyib. Lakin əlavə edib ki, axtarışlar zamanı hüquq-mühafizə oraqanları nümayəndələri kombinatın təhlükəsizlik xidmətinin əməkdaşı Tiqran Nersesyanı saxlayıb. 

Qeyd edək ki, səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.

Tarix: 14 İyul 2021, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin