BURADA REKLAMINIZ OLA
BİLƏR

Messinin yeni müqaviləsinin detalları açıqlandı

Argentinalı futbolçu Lionel Messinin İspaniya "Barselona"sı ilə 5 illik yeni müqaviləsinin bəzi detalları bəlli olub.

 

Pravda.az xəbər verir ki, anlaşmaya əsasən, 34 yaşlı futbolçu 2022/2023 mövsümün sonunda karyerasını başa vura bilər. Buna təcrübəli oyunçunun özü qərar verə bilər. Həmçinin o, 2 ildən sonra ABŞ-ın MLS liqasına yollana bilər.

 

Messinin yeni müqavilə üzrə "Barselona"dakı ilk mövsüm üçün məvacibi 20 milyon avro olacaq. Növbəti mövsümdə isə məbləğ artırılacaq. Tərəflər 2023-cü ildə əməkdaşlığa son qoysa, ulduz futbolçuya böyük məbləğdə təzminat ödəniləcək. Amma Messi "Barselona"da qalacağı təqdirdə maaşı yenidən azaldılacaq.

 

Yeni sözləşmədə hücumçunun təzminat qiyməti 600 milyon avro göstəriləcək.

 

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.

Tarix: 14 İyul 2021, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin