BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha 7 erməni hərbçinin qalıqları tapıldı

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.

Pravda.az xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.

Tarix: 14 İyul 2021, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin