BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Azərbaycan Prezidentinin çağırışlarından niyə nəticə çıxarmır? - AÇIQLAMA

"Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın bir səbri var, bu səbir kasası dolub daşarsa, genişmiqyaslı əməliyyatlara başlaya bilər".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoloq bildirib ki, Ermənistanda seçkilər başa çatsa da, hökumət quruculuğu məsələsi gecikir: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sülh barədə çağırışlar edib. Paşinyanın beynində 100 fikir var, onların məqsədi bəlli deyil. Üstəlik, sərhəddə atışmalar davam edir, tez-tez atəşkəsi pozurlar. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın səbri var, bu səbir kasası dolub daşarsa, genişmiqyaslı əməliyyatlara başlaya bilər. Ötən gün Prezident bu barədə Ermənistana ciddi mesajlar ötürdü. Hətta hazırda Ermənistanda olan əzəli Azərbaycan torpaqlarından bəhs etdi, Göyçənin, Zəngəzurun adını çəkdi. Ermənistan bu mesajlardan dərs çıxarmalı və ağıllı qərarlar verməlidir".

 

Nəzrin Cavid

Tarix: 15 İyul 2021, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin