BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rus qoşunları erməni silahlıları yaratmaq üçün dəvət edilməyiblər...” - Rəsul Quliyev

“Rus qoşunları erməni silahlıları yaratmaq üçün dəvət edilməyiblər...” - Rəsul Quliyev

 

“Rusiya Müdafiə Nazirliyinin Laçın dəhlizi və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrindən çox əcaib bir bəyanat yayılıb. Bəyanatda “13 iyulda Azərbaycan və Ermənistan ordusu arasında Şuşanın Şimal-qərbində atışma olub, amma tələfat olmayıb” qeyd olunub. Belə bir əcaib bəyanatdansa, Rusiya Müdafiə Nazirliyi “Ermənistan ordusunu Şuşanın Şimalında kim və nə vaxt yerləşdirib?” sualına cavab verməli idi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev deyib.

 

“Rusiya Müdafiə Nazirliyi Ermənistan ordusunu həm o zonadan, həm də Xankəndidən nə vaxt dislokasiya edəcəyinin  tarixini bildirməli idi. Əgər bacarmırsa, “Azərbaycana istəyirsə, öz torpaqlarını Ermənistan ordusundan təmizləsin” xahişini etməli idi. Rus qoşunları yenidən erməni silahlıları yaratmaq üçün dəvət edilməyiblər...” – R.Quliyev bildirib.

Tarix: 15 İyul 2021, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin