BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan unutmasın ki, "dəmir yumruq" yerindədir" - RƏY

"Son günlər Ermənistan tərəfi müxtəlif istiqamətlərdə atəşkəsi pozurlar. Unutmasınlar ki, "dəmir yumruq" yerindədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

 

Deputat bildirib ki, Ermənistan Azərbaycanın hərbi gücü qarşısında məhv olduğunu unutmamalıdır: "Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını öz rəşadətli ordusunun gücü hesabına düşmən işğalından azad etdi. Azərbaycan şanlı zəfər çaldı və müəyyən qonşu dövlətlərin xahişi ilə atəşkəs imzalandı. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Viladimir Putinlə görüşərkən ona Azərbaycanla müharibənin dayandırılmasına nail olduğu üçün, hətta təşəkkürünü bildirdi. Bəzi dövlətlər, misal üçün, Şuşaya səfər zamanı digər diplomatlara qoşulmayan dövlətlər Ermənistana dəstəyini hər zaman nümayiş etdirib. Bu dövlətlər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləridir. Prezident İlham Əliyev qeyd edib ki, bizim hər zaman müharibə etmək üçün gücümüz var. Doğrudan da, Azərbaycan  müharibə etmək üçün həm iqtisadi, həm də hərbi gücə malikdir. Bildiyimiz kimi,  son günlər Ermənistan tərəfi atəşkəsi müxtəlif istiqamətlərdə pozurlar. Əgər belə davam edərlərsə, unutmasınlar ki, "dəmir yumruq" yerindədir. Azərbaycanın genişmiqyaslı əməliyyatlara başlaması üçün kifayət qədər hərbi sursatı, iqtisadi imkanı var".

Tarix: 15 İyul 2021, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin