BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanı: “Rusiya hərbi kontingenti atəşkəsə nail olmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir”

“Yuxarı Qarabağ ərazisində atəşkəsin pozulması halları getdikcə intensivləşir. Bu gün yenidən Şuşa şəhəri ətrafında olan hərbi mövqelərimiz atəşə tutulub. Bu onun göstəricisidir ki, Xankəndidə yerləşən Rusiya hərbi kontingenti atəşkəsə nail olmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və ya bunu istəmir”.

 

Pravda.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

O qeyd edib ki, bu məsələdə Türkiyə-Rusiya Müşahidə Missiyası isə tamamilə fəaliyyətsizdir: “Təəssüf ki, 10 noyabr razılaşmasından sonra ardıcıl olaraq ifadə etdiyimiz narahatlıqlar doğrulur. İndi hər kəsə aydındır ki, üçtərəfli razılaşmanın Azərbaycana aid əsas müddəaları yerinə yetirilmir. Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmayıb, Azərbaycan öz dövlət sərhədinin və ərazisinin bir hissəsinə nəzarət edə bilmir, sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə yalnız erməni millətinə mənsub olan sakinlər qaytarılır, davamlı atəşkəsə nail olunmayıb, Zəngəzur dəhlizi açılmayıb”.

Tarix: 15 İyul 2021, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin