BURADA REKLAMINIZ OLA
BİLƏR

Ronaldodan rekord göstərici – 200 milyon

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi rekorda imza atıb.

 

Pravda.az-ın xəbərinə görə, ulduz hücumçu instaqramdakı izləyici sayı 200 milyona çatan ilk şəxs kimi tarixə düşüb.

 

Adıçəkilən sosial şəbəkədə mütləq lider olan portuqaliyalının ən yaxın izləyicisi Ariana Qrandedir. Amerikalı pop müğənninin 173 milyon izləyicisi var.

 

İlk “üçlüy”ü digər amerikalı – aktyor Duayn Conson qapayır. O, həmyerlisindən 3 milyon izləyici geri qalır.

 

Qeyd edək ki, K.Ronaldonun futbol meydanlarındakı əsas rəqibi İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messinin 141 milyon izləyicisi var.Apasport

Tarix: 29 Yanvar 2020, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin