BURADA REKLAMINIZ OLA
BİLƏR

Qış parkında dünən nə baş verib?

 


Dünən ADO teatrının rəhbəri Elmin Bədəlov Qış parkında açıq havada tamaşa keçirib. Sosial şəbəkələrdə E. Bədəlovun və onu izləyən bir neçə nəfərin saxlanılmasını əks etdirən videogörüntü yayılıb. İctimai fəallar tək adamlıq küçə performansının polisin müdaxiləsi ilə dağıdılmasını  tənqid ediblər.

Pravda.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin tədbir zamanı saxlanılan olmayıb: “Pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi qanunla qadağandır.

Buna görə dünən polis əməkdaşları həmin ərazidə toplaşan şəxslərə yaxınlaşaraq profilaktik söhbət aparıb və karantin rejimi dövründə toplaşmağın yolverilməz olduğu bildirilib. Daha sonra orada toplaşan şəxslər ərazidən uzaqlaşdırılıb”.

Qafqazinfo 

Tarix: 16 İyul 2021, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin