BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Prezident İlham Əliyevin dünyada qazandığı yüksək reytinqinin nəticəsidir” - RƏY

“Qoşulmama Hərəkatına sədrlik müddətinin 1 il uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun, xüsusilə cənab İlham Əliyevin dünya ictimaiyyəti tərəfindən qazandığı yüksək etimadın göstəricisidir. Üzv dövlətlər onların problemlərinin Azərbaycan tərəfindən dünya ictimaiyyəti qarşısında tam səmimiyyətlə qaldırdığının fərqindədirlər. Bu, Prezidentimizin dünyada qazandığı yüksək reytinqinin nəticəsidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

 

Deputat bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi üzv dövlətlər arasında rəğbətlə qarşılanıb: “Azərbaycan Prezidenti İlham Əliyevin hərəkata üzv olan 120 dövlətin qarşılaşdığı problemlərlə bağlı beynəlxalq ictimaiyyətə vaxtaşırı müraciəti, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həmin ölkələrin vaksinlərlə təmin edilməsinin vacibliyini dəfələrlə vurğulaması dünya ictimaiyyətinin diqqətindədir. Şərqlə Qərbin kəsişməsində yerləşməsinə baxmayaraq, dövlətimizin hər iki qütbün müsbət cəhətlərini özündə cəmləməsi vacib faktordur. Təsadüfi deyil ki, bir çox dövlətlər Azərbaycanla daha sıx əlaqələr qurmağa və Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar. Qoşulmama Hərəkatına sədrlik müddətinin 1 il uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun, xüsusilə cənab İlham Əliyevin dünya ictimaiyyəti tərəfindən qazandığı yüksək etimadın göstəricisidir. Üzv dövlətlər onların problemlərinin Azərbaycan tərəfindən dünya ictimaiyyəti qarşısında tam səmimiyyətlə qaldırdığının fərqindədirlər. Bu, Prezidentimizin dünyada qazandığı yüksək reytinqinin nəticəsidir. Nəzərə almaq lazımdır ki, pandemiya dönəmində Azərbaycan hərəkata üzv olan 30-dan çox dövlətə müxtəlif yardımlar göstərib. Təkcə tibbi avadanlıqlarla təminat deyil, həmçinin koronavirus əleyhinə peyvəndlərin də hədiyyə verildiyinin şahidi olmuşuq. Fikrimcə, Qoşulmama Hərəkatı Azərbaycanla əlaqələrini bundan sonra da sıx saxlamağa çalışacaq”.

 

Nəzrin Cavid

Tarix: 16 İyul 2021, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin