BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Avropada baş vermiş daşqınlara görə təbii fəlakətdən əziyyət çəkən ölkələrə başsağlığı verib.

Pravda.az xəbər verir ki, nazirlik bu haqda öz tvitter hesabında məlumat yayıb.

“Qərbi Avropada ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqınların qurbanları olmuş şəxslərə görə başsağlığımızı diləyirik.

Yağıntıların dağıdıcı təsirlərinin aradan qaldırılmasında Almaniya və Belçikanın yanındayıq”, - deyə məlumatda qeyd olunub.

Tarix: 16 İyul 2021, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin