BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada sərnişin təyyarəsi radarlardan itdi

Rusiyada “An-28” tipli sərnişin təyyarəsi Tomsk əyalətinin səmasında radarlardan itib.

Pravda.az xəbər verir ki, müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 13 və yaxud 17 nəfər var.

Aviasiya xidmətində olan bir mənbənin verdiyi məlumata görə, təyyarənin qəzaya düşmə ehtimalı yüksəkdir. Ekipaj ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.

Qeyd olunur ki, təyyarə uçuşdan əvvəl texniki olaraq qaydasında olub.

Tarix: 16 İyul 2021, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin