BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yardımların edilməsi Azərbaycanın beynəlxalq çağırışlara sadiqliyinin göstəricisidir” - RƏY

“UNİCEF Azərbaycanın COVAX platformasının təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana 50 min doza AstraZeneca vaksini yardım etməsini alqışladığını bildirib. Dünyada koronavirusun yeni mutasiyalarının yayılmasının genişləndiyi bir dövrdə pandemiyaya son qoymağın yeganə çıxış yolu vaksinləşmədən keçir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputat bildirib ki, Prezident İlham Əliyev COVID-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün səfərbər olunmağa çağırışlar edir, “peyvənd millətçiliyi”nin yolverilməzliyi və inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmasının vacibliyini beynəlxalq tribunalardan dəfələrlə bildirir: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə tarixdə ilk dəfə  təşkilatın videoformatda xüsusi sesiyası çağırılıb və BMT Baş Assambleyasının 31-ci sessiyasının çağırılmasının təşəbüskarı olub. Azərbaycan həm ölkə daxilində pandemiyaya qarşı uğurlu mübarizə təşkil etmiş, həm də bu mübarizədə beynəlxalq səylərə qoşulan çox az ölkələrdəndir. İqtisadi imkanları aşağı olan ölkələrə dəstək göstərilməsi üçün ÜST-ə 10 milyon dolların ianə edilməsi, həm də 30-dan çox ölkəyə birbaşa yardımların göstərilməsi Azərbaycanın beynəlxalq çağırışlara sadiqliyinin göstəricisidir”.

 

A.Badamov qeyd edib ki, UNİCEF Azərbaycanın COVAX platformasının təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana 50 min doza AstraZeneca vaksini yardım etməsini alqışladığını bildirib. Dünyada koronavirusun yeni mutasiyalarının yayılmasının genişləndiyi bir dövrdə pandemiyaya son qoymağın yeganə çıxış yolu vaksinləşmədən keçir. Amma dünyada çoxlu ölkələr var ki, müxtəlif səbəblərdən vaksinləri əldə edə bilmir. Həmçinin inkişaf etmiş ölkələrdə öz təlabatından dəfələrlə çox vaksin idxal edənlər də var. Belə ölkələr başa düşməlidirlər ki, biz eyni yer kürəsində yaşayırıq. Pandemiyaya birtərəfli qalib gəlmək qeyri-mümkündür. Ona görə də, iqtisadi imkanları yaxşı və öz təlabatından artıq vaksin idxal etmiş ölkələr vaksinləşməni apara bilməyən ölkələrə yardım göstərməlidirlər. Azərbaycan isə belə ölkələr üçün nümunədir. Azərbaycanın beynəlxalq təşəbbüslərini ÜST tərəfindən də yüksək dəyərləndirilir. Bu, ölkəmizin beynəlxalq imicini gücləndirir”.

Tarix: 16 İyul 2021, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin