BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev bir çox dövlətə kömək əlini uzadıb, pandemiya şəraitində yardım göstərib” - RƏY

“Dünyanın 120 dövləti Azərbaycana etimad göstərib və yekdilliklə Qoşulmama Hərəkatına sədrliyimizin 1 illik artırılması ilə razılaşıb. Azərbaycanın sədrliyinə beynəlxalq səviyyədə etibar var. Bu, Prezident İlham Əliyevə dünyada göstərilən etimadın göstəricisidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Deputat bildirib ki, dünyanın 120 dövlətinin üzv olduğu Qoşulmama Hərəkatı Azərbaycana birmənalı olaraq etimad göstərib: “Çünki dövlətimiz öz növbəsində ona göstərilən etimadı bu təşkilata üzvlüyü və sədrliyi dövründə doğrultdu. Azərbaycan sülhsevərliyi və humanitar siyasəti ilə, eyni zamanda, münasibətlərdə səmimi və sədaqətli davranışı, beynəlxalq aləmdəki nüfuzu ilə işinin öhdəsindən layiqincə gəldi. Biz fəxr etməliyik ki, dünyanın 120 dövləti Azərbaycana bu cür etimad göstərir və yekdilliklə Qoşulmama Hərəkatına sədrliyimizin 1 il artırılması ilə razılaşır. Azərbaycanın sədrliyinə beynəlxalq səviyyədə etibar var. Bu, Azərbaycanın beynəlxalq aləmdəki hörməti və nüfuzudur. Həmçinin Prezident İlham Əliyevə dünyada göstərilən etimadın göstəricisidir. Prezident dünyanın istənilən yerində olan bir çox dövlətə kömək əlini uzadıb, pandemiya şəraitində yardım göstərib. Təkcə pandemiya ilə əlaqədar belə dövlətlərin sayı 30-dan çoxdur. Hər zaman humanistliyini və tolerantlığını nümayiş etdirən Azərbaycan bu etimada layiqdir. Dövlətimiz hər zaman bizim ölkədə yaşayan milli azlıqlar, müxtəlif dinin nümayəndələrinə hörmətlə yanaşıb. Yəni, Qoşulmama Hərakatının göstərdiyi bu etimada səbəb çoxdur”.

 

Nəzrin Cavid

Tarix: 16 İyul 2021, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin