BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

“Daha çox regional əməkdaşlığa ehtiyacımız var. Əfqanıstan, Azərbaycan, Gürcüstan, İran, Pakistan və Türkiyəni birləşdirən üçtərəfli mexanizmləri təşviq edərək, öhdəmizə düşəni etməyə çalışırıq”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Nazir bildirib ki, Türk Şurası da ümidverici bir regional əməkdaşlıq modeli olaraq ortaya çıxıb.

 

“İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə üçün yeni fürsətlər ortaya çıxıb. Bu, Qafqazdakı normallaşma üçün də həyati əhəmiyyət daşıyır”, - Çavuşoğlu vurğulayıb.

 

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Orta Asiya keçmişdə böyük güclərin rəqabət sahəsi olub:

 

“Bunun təkrarlanmasına icazə verilməməlidir. Bölgənin bir-birinə bağlı bir iqtisadi sistemə ehtiyacı var. Bunun tək yolu inkişaf etmiş kommunikasiya ilə regional əməkdaşlığı təşviq etməkdir”.

Tarix: 16 İyul 2021, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin