BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyanın qızı 7-dən çox maşından ibarət kortejlə gəzir...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın böyük qızı Mariam 7-dən çox avtomobildən ibarət kortejin müşaiyəti ilə gəzir.


Pravda.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti bildirib.

“İsti yay günlərində Mariam mənzərəli yerlərdən zövq almaq və istirahət etmək üçün tez-tez atasının doğulduğu İcevana gedir.

Məlum olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşından ibarət kortejin müşayiəti ilə İcevana yollanıb. Mariamın kimdən və nədən qorxduğu aydın deyil, lakin sonuncunun dəbdəbəli əyləncələri şahidlərin diqqətini cəlb edib”, - qəzet yazır.

Tarix: 17 İyul 2021, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin