BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistin əşyaları “Bravo”da oğurlandı

Əməkdar jurnalist Tahir Aydınoğlunun bütün şəxsi əşyaları “Bravo” mağazasının saxlanma şkafından oğurlanıb.

 

Pravda.az xəbər verir ki, bununla bağlı jurnalist sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, ötən gün axşam 17:45 radələrində Bülbül prospektində yerləşən “Bravo ekspress” marketində olub: “Bütün sənədlərim, bir neçə açarım, üç müxtəlif markalı mobil telefonum, bank kartlarım olan əl çantamı bir anın içində mağazanın şkafından oğurladılar.

 

“102” xidməti vasitəsi ilə polisə məlumat verdim. Ərizə yazdım. Oğrunun təsviri mağazanın kamerası vasitəsilə aşkar edilib. İnanıram ki, polis orqanları ən qısa müddətdə oğrunu aşkar edib, həyat üçün zəruri olan əşyalarımı geri qaytaracaqlar”.

Fotoları təqdim edirik
Tarix: 29 Yanvar 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin