BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR: Dənizdə işləyən əməkdaşlarımıza hər hansı zərər dəyməyib

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

 

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

"SOCAR-dan verilən məlumata görə, ictimaiyyətin sorğularına əsasən apardılan araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik", - İ. Əhmədov qeyd edib.

 

Onun sözlərinə əsasən, məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib.

Tarix: 17 İyul 2021, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin