BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistlərə müraciət: “Koronavirusla bağlı məlumatlar verəndə, panika havası yaratmağa çalışmayın”

Ekspert Natiq Cəfərli jurnalistlərə müraciət ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

 

“Hörmətli KİV nümayəndələri, dəyərli sayt sahibləri, əziz jurnalistlər!

 

Lütfən, koronavirusla bağlı məlumatlar verəndə, panika havası yaratmağa çalışmayın, yox əgər bunu hökumətdən kimlərsə istəyirsə, onlara da bir az müqavimət göstərin. Virusa yoluxma ilə bağlı məlumatlar yayarkən bir az məntiqli davranın, riyazi hesablamalar aparın, ancaq “tık” xatirinə başlıq qoymayın.

 

Elə bu gün bir çox saytlar, “Azərbaycanda virusa yoluxma daha da artdı”, “Yoluxma sayı kəskin yüksəldi”, “Dünənə nisbətən ciddi artım oldu” kimi başlıqlarla məlumat yayıblar. Əzizlərim, yoluxma sayı aparılan test sayı ilə birbaşa bağlıdır, çox ciddi korelyasiya var, məsələn, dünən, 16 iyul tarixində 169 yoluxma halı qeydə alınıb, test sayı isə 8628 olub. Deməli, hər 51,06 testən biri pozitiv çıxıb. Bu gün, 17 iyul tarixində 213 yoluxma halı qeydə alınıb, amma 10 817 test nümunəsi götürüb. Deməli, hər 50,7 testdən biri pozitiv olub. Bu hesabla və məntiqlə bu gün yoluxma sayı, hətta cüzi azalıb, sadəcə, test sayı artıb deyə, mütləq ifadədə yoluxanların sayı da yüksəlib. Vəssalam! İnsanları virusdan çox panika, qapanma gözləntisi, stress, sosial problemlər, fikir, dərd öldürür!”

Tarix: 17 İyul 2021, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin