BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: "Növbəti təxribatların sonu Ermənistanın bir dövlət olaraq məhvi ilə nəticələnə bilər"

"Heç şübhəsiz ki, Ermənistan himayədarlarına güvənərək Azərbaycana qarşı hərbi təxribatlara əl atır. Amma bu təxribatlar əbəsdir. Erməni xalqı anlamalıdır ki, bir dəfə güvəndilər və yarı yolda qaldılar… Himayədar gözündə gördükləri “ayı” onları yarı yolda qoydu. Növbəti təxribatların da sonu Ermənistanın bir dövlət olaraq faciəvi şəkildə məhvi ilə nəticələnə bilər"

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

 

A.Şakiroğlu vurğulayıb ki, Ermənistan hərbi təxribata əl atmamışdan öncə gələcək taleyinin sonluğunu düşünsə, daha yaxşı olardı: “Azərbaycanın bir dövlət olaraq mövqeyi açıq olaraq ortadadır. Bu mövqe ölkə Prezidenti İlham Əliyev tərəfindən də açıq ifadə edilib: Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan tərəfi bu istiqamətdə işlərin başlanmasına hazırdır. Azərbaycan bölgəyə sülh və əmin amanlıq gətirilməsindən yanadır!

 

Ermənistan və himayədarları bölgədə sülhün pozulmasını istəyirsə, bu, Ermənistanın poliqona çevrilməsi və bir dövlət olaraq məhv olması ilə nəticələnəcək… Hər kəs buna əmin olsun!”

 

Partiya sədri bildirib ki, Azərbaycan xalqının, dövlətinin dözümü sonsuz deyil: “Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. Heç kimə sirr deyil ki, Şərqi, Qərbi Zəngəzur və İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də! Heç şübhəsiz ki, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır və qayıdacaq da. Bizim doğma torpağımız Xankəndidir, Xocalıdır, Xocavənddir, Ağdərədir. Zəngəzurdur, Göyçə mahalı və İrəvandır!”

Tarix: 17 İyul 2021, 21:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin