BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlamentdə insident baş verdi

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib.

 

Ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub.

 

Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər ki, media nümayəndəsinin ölümündə hökumət və DİN başçısı günahkardır. V.Qomelauri çıxışını dayandırmalı olub.

 

Parlament sədri Kaxa Kuçava müxalif deputatları nazirə çıxışını davam etdirməyə imkan verməyə çağırıb. İnsident səbəbindən iclada texniki fasilə elan edilib.

 

Qeyd edək ki, DİN başçısı parlamentə iyulun 5-6-da Tbilisidə cinsi azlıq əleydarlarının törətdikləri iğtişaşlarla bağlı çağırılıb. Qanunverici orqanın binası ətrafında əlavə polis qüvvələri cəlb olunub.

 

Report

Tarix: 18 İyul 2021, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin