BURADA REKLAMINIZ OLA
BİLƏR

"Çindəki azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək" - Mövlud Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.

 

Pravda.az xəbər verir ki, M.Çavuşoğlu məsələni diqqətdə saxladıqlarını deyib: “Virus yayılan bölgədə yeddi azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

 

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək: “Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.Modern.az

Tarix: 29 Yanvar 2020, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin