BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə qəzaya uğrayıb, ölənlər var

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

Pravda.az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Nəticədə pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə ölüb. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Tarix: 19 İyul 2021, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin