BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhdudiyyətlər ləğv edilir

İngiltərədə koronavirusla bağlı bütün daxili məhdudiyyətlər ləğv edilir.

 

Pravda.az xəbər verir ki, İngiltərədə virusa yoluxma hallarının artmasına baxmayaraq, bu qərar bu gündən etibarən qüvvəyə minir.

 

Məlumata əsasən, İngiltərədə 19 iyul gecə yarısından sonra gecə klubları işləyə bilər. Digər müəssisələrə isə məhdudiyyət olmadan fəaliyyətini davam etdirməyə icazə verilib.

 

Bununla yanaşı, məcburi maska taxmaq, sosial məsafəni qorumaq və evdən işləməklə bağlı qaydalar da ləğv olunub.

 

Həmçinin, Fransa istisna olmaqla “sarı siyahı”ya daxil olan ölkələrdən gələn tam peyvənd olunmuş vətəndaşlar 10 günlük karantində qalma məcburiyyətindən azad olunur.

 

Qeyd edək ki, Böyük Britaniya koronavirus infeksiyasına yoluxma hallarına görə dünyada 7-ci pillədə yer alır.

Tarix: 19 İyul 2021, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin