BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu, Prezident İlham Əliyevin təkzibedilməz arqumentləri ilə bağlı idi" - RƏY

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı müəyyən gərginliyin olacağı gözlənilən idi. Lakin sonda Şarl Mişel tərəfindən müəyyən yumşalma, anlaşılma vəziyyəti xeyli düzəltdi. Bu, Prezident İlham Əliyevin təkzibedilməz arqumentləri ilə bağlı idi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də Azərbaycana səfəri barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, ümumiyyətlə, Şarl Mişelin Azərbaycana səfəri çox ciddi əlamətdar hadisədən sonra baş verib: "Ermənistana 2,5 milyard, Azərbaycana isə əhalisinin Ermənistandan 3 dəfə çox olmasına baxmayaraq 150 milyon dollar yardım göstərilib. Bu, bəhanəsiz olaraq Azərbaycan və Ermənistana, müvafıq olaraq müsəlmanlara və xristianlara olan münasibətin bariz nümunəsi idi. Səfər zamanı cənab Prezidentimiz Azərbaycandakı vəziyyəti izah etdi, müharibə və post-müharibə dövrünü, yüz minlərlə minaların basdırılmasını, rayonlarımızın vəhşicəsinə dağıdılmasını, eyni zamanda qarşıya qoyulan vəzifələr, Qarabağdakı quruculuq işləri, Ermənistanın hər dəfə Azərbaycana qarşı təxribatlar törətməsini, o cümlədən dövlətimizin sülh sazişinə səmimi olaraq hazır olduğunu bildirdi. Şarl Mişel “Azərkosmos”u, Cənubi Qafqazın ən qədim məscidi sayılan Şamaxı Cümə Məscidini ziyarət etdi, Azərbaycanın logistika imkanları ilə tanış oldu, şərab zavodunda Şirvan şərablarının dadına baxdı, həmçinin Prezident İlham Əliyevlə nahar etdi. Avropa İttifaqının Prezidenti bildirdi ki, dövlətimizin dünyəvi siyasətini bəyənir, Azərbaycanla zirvə görüşünə hazırlıq gedir və strateji tərəfdaşlığı möhkəmləndirmək fikrindədirlər. Əlavə olaraq, Avropa İttifaqını sığortalamaqdan ötrü Şarl Mişel vurğuladı ki, bu, Azərbaycanla iqtisadi deyil, iqlim dəyişikliyi və s. məsələlərlə bağlı əməkdaşlıqdır. Ümumiyyətlə, çox ciddi, konstruktiv danışıqların getdiyi ortadadır. Baxmayaraq ki, Şarl Mişel fransalıdır və elə Fransanın Prezidenti Emmanuel Makronla ermənipərəstlik mövzusunda eyni düşünür, həmçinin onların şüuraltında islamafob düşüncələr yer alıb, yenə də səfər dəyərli səfər idi. Çünki Şarl Mişel Azərbaycanın inkişafının şahidi oldu. Həmçinin qeyd olundu ki, gələcəkdə Azərbaycanla strateji əməkdaşlığa dair saziş imzalana bilər. İstənilən halda, uğurlu səfər idi. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı dünyanın ən böyük bazarlarından biridir. Ölkəmizin də İttifaqın üzvlərindən olan İtaliya ilə ciddi ticari əlaqələri mövcuddur. Prezident İlham Əliyev bütün bu mövzulara toxundu və Azərbaycanın Avropa İttifaqı üçün nə qədər önəm daşıdığını ortaya qoydu".

 

Nəzrin Cavid

Tarix: 19 İyul 2021, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin