BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 12 dövlət qurumu qoşulub

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 27 dövlət qurumu və təşkilatından 12-nin qoşulub.

 

Pravda.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib.

 

İclasda həmçinin bildirilir ki, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib.

 

Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

Tarix: 19 İyul 2021, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin