BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda LGBT əleyhdarları Şarl Mişelə qarşı etiraz aksiyası keçirdi

LGBT əleyhdarları Batumidə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelə qarşı etiraz aksiyası keçirib.

Pravda.az xəbər verir ki, bir qrup şəxs Şarl Mişelin Gürcüstanın müxalifət liderləri ilə görüş keçirdiyi “Sheraton Batumi” hotelinin qarşısına toplaşıblar.

Məlumata əsasən, aksiya iştirakçıları əllərində Ş. Mişelə müraciətlə “Nəyə görə “Alt-İnfo” cəzalandırılır, “Mtavari”, “TV Pirveli”, “Formula” yox!”, “Millət. Ailə. Din - bunlar bizim dəyərlərimizdir. Sizin dəyərləriniz hansılardır, Mişel?” yazılmış plakatlar tutublar.

Hadisə yerinə polis işçiləri cəlb olunub.

Qeyd edək ki, Şarl Mişel Gürcüstanda rəsmi səfərdədir. Onun təyyarəsi hava limanına endikdə Ş. Mişeli bir neçə gürcü jurnalist qarşılayıb. Jurnalistlər hava limanına üzərində bu yaxınlarda dünyasını dəyişmiş operator Lekso Laşkaravanın şəkli olduğu plakatlarla gəliblər.

Bildirilir ki, onların məqsədi Şarl Mişelin diqqətini Gürcüstanda müxalif KİV-ə qarşı təzyiqlərə və Tbilisidə iyulun 5-i baş verən hadisələrə çəkmək olub.

Tarix: 19 İyul 2021, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin