BURADA REKLAMINIZ OLA
BİLƏR

“Jurnalistlərə verilən evlərin böyük bir qismi “Sədərək” bazarında alver edən pakistanlı və çinlilərə kirayəyə verilib”

“Uzun illər Akademiya sistemində işləmişəm. Gənc mütəxəssis kimi bizi ev növbəsinə alırdılar. Günləri sayırdıq. Növbəni heç kim poza bilməzdi. Sonra Kooperativ mənzil hərəkatı başladı. Yeni Günəşli qəsəbəsində tikilən binaların əksəriyyəti kooperativ binalardır. Seçkilər vaxtı günümüzün böyük hissəsini bu massivdə keçirirdik. Müşahidələrim göstərirdi ki, 30 il bundan öncə elmi işçilərə verilən evlərdə indi özləri yaşayırlar. Cənab Prezidentin göstərişi ilə jurnalistlərə tikilən 3 binanın 2-də mənzillər paylanıb. Bu evlər mənzilə ehtiyacı olan jurnalistlərə verilməli idi. Lakin fürsətçillər Ölkə başçısının bu nəcib missiyasını yetərincə dəyərləndirə bilmədilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.

 

E.Əliyev qeyd edib ki, evlərin böyük hissəsi ədalətsiz paylanılıb: “Bu səbəbdən əlavə mənzili olanlar onlara verilən evləri satdılar, kirayə verdilər. Axı bu evlər kimlərəsə satılmaq və kirayəyə vermək  üçün hədiyyə edilməmişdi? Mənim qaldırdığım məsələnin kökündə ədalətsizliyə son qoymaq prinsipi dayanır. Bu adamların biri durub dedimi ki, filankəsin haqqı daha çox çatır? Demədi...yaxud əlavə ev əldə etmişlərin biri dedimi ki, mən evimi şəhid ailəsinə verirəm? İndi mətbuatda postəlihəsənov dövrü başlayıb. Buraxılan səhvləri ört-basdır etmək üçün hay-küy salmağa başlayıblar. Dostlarımızdan biri yazıb ki, evlərin böyük bir qismi Sədərək bazarında alver edən pakistanlı və çinlilərə kirayəyə verilib”.

Tarix: 19 İyul 2021, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin