BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə maşın dərəyə aşdı

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

 

Minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 19 İyul 2021, 22:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin