BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan jurnalistlərinin, ictimai fəalların telefonları izlənilibmi? - Adlar açıqlandı

“Pegasus” adlanan İsrail casus proqramı vasitəsi ilə Azərbaycanın 70-dən yuxarı KİV rəhbərinin, ictimai fəalların, jurnalistlərin teıefonlarını izləmək iddiası xəbər məkanında bomba kimi partlayıb. Hələlik bu iddialara qarşı rəsmi Bakı heç bir açıqlama verməyib. Lakin "Yeni Müsavat" Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrosuna aid bir yetkili ilə danışa biliblər.

 

Qeyri - rəsmi aparılan bu danışqda məqsəd yayılan siyahı və iddialara münasibətdə peşəkar rəy almaq olub.

 

Siyahını dərc etməzdən öncə bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb.

 

İsrailli şirketin sattığı Pegasus casus yazılımla 10 farklı ülkedeki önemli  isimlerin dinlendiği iddia ediliyor - Yeni Şafak

 

Heç də təsadüfi deyil ki, “Forbes” jurnalı əsası 2010-cu ildə qoyulmuş “Pegasus”u "dünyanın ən aqressiv mobil casus şəbəkəsi" kimi xarakterizə edib.

 

“BBC” yazır ki, bu şirkətin izlədiyi 50 min adamla bağlı məlumatlar media mərkəzlərinə sızıb. İsrail şırkəti hələ ki, bu ittihamları rədd edir.

 

Bazar günü “The Washington Post”, “The Guardian”, “Le Monde” və daha 14 dünyaca məşhur nəşr bu şirkətin cinayətlərindən yazıb.

 

“Pegasus” “iPhone” və “Android” cihazlarına daxil edilərək, özəl məlumatlara qeyri-qanuni giriş əldə edib.

 

Bəzi məlumatlara görə, 50 ölkədən olan min nəfərin telefonları bu şirkətin “çətiri” altında olub.

 

Siyahıda dövlət başçılarının, siyasətçilərin, ərəb kral ailələrinin adı var. 180 jurnalistin də adı açıqlanan siyahıda yer alır. “CNN”, “The New York Times” və “Al Jazeera” kimi nüfuzlu media mərkəzlərinin nümayəndələri də izlənilən jurnalistlər arasındadır.

 

Bizdən bu siyahıda kimlər var? Gəlin yayılan azərbaycanlı adların böyük qisminə nəzər salaq.

 

Bəri başdan da bildiririk ki, buradakı adların bir çoxu göstərir ki, ölkəmizə dair bu iddialar ən azından, şişirdilib, ya da yalandır. Çünki bu siyahıdakı insanların böyük əksəriyyətinin dinlənilməsinin hər hansı anlamı yoxdur.

 

Siyahı bunlardır:

 

Xədicə İsmayıl

 

Elçin Şıxlı

 

Əvəz Zeynallı

 

Natiq Cavadlı

 

Azər Ayxan

 

Rauf Arifoğlu

 

Eynulla Fətullayev

 

Qənimət Zahid

 

Anar Orucov

 

Mirşahin Ağayev

 

Arif Əliyev

 

Sevinc Vaqifqızı

 

Bahəddin Həziyev

 

Seymur Kazımov

 

Təzəxan Mirələmli

 

Şahvələd Çobanoğlu

 

Cəsur Sumerenli

 

Mehman Əliyev

 

İslam Şıxəli

 

Aynur Elgünəş

 

Aytən Məmmədova

 

Gülər Mehdizadə

 

Fizza Heydərova

 

Rövşən Hacıbəyli

 

Xalid Bahadır

 

Müşfiq Cabbar

 

Pərviz Həşimli

 

Vidadi Məmmədov

 

Aytən Fərhadova

 

Aydın Canıyev

 

Elkin Xəlilov

 

Əziz Kərimov

 

İnarə Rafiqqızı

 

Sücəddin Şərifova

 

Zamin Hacı

 

Elxan Şükürlü

 

Vahid Mustafayev

 

Elnur Astanbəyli

 

Zahir Əzəmət

 

Ramin Deko

 

Vüsala Mahirqızı

 

Aynur Camalqızı

 

Orxan Adıgözəl

 

Bəxtiyar Hacıyev

 

Şəhla İsmayıl

 

İntiqam Əliyev

 

Şura İbrahimova

 

Ülvi Həsənli

 

Füzuli Hüseynov

 

Mirvari Qəhrəmalı

 

Bayram Məmmədov

 

Elmira Rəhimova

 

Ruslan İzzətli

 

Səadət Bənənyarlı

 

Fatimə Movlamlı

 

İlkin Rüstamzadə

 

Səidə Qocamanlı

 

Akif Qurbanov

 

Mehman Hüseyov

 

Nihad Hüseyn

 

Turan İbrahim

 

Əbülfəz Qurbanlı

 

Zaur Əkbər

 

Anar Məmmədli

 

Elman Fəttah

 

Xalid Ağaliyev

 

Ziya Quliyev

 

Mehriban Rəhimli

 

Turqut Qəmbər

 

Arzu Abdullayeva

 

Zəfər Əhmədli

 

Rəsul Cəfərov

 

Bəşir Süleymanlı.

 

"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrları ilə əlaqə saxlayıb, bu məsələyə münasibət öyrəniblər. Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş şəxslər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də yoxdur".

 

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.

Tarix: 20 İyul 2021, 01:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin