BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyevdən bayram təbriki

 

Milli Məclisin sədr müavini Adil Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Əziz həmvətənlər, hörmətli qardaş və bacılar, Sizi müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, firavan həyat və əmin amanlıq arzu edirəm. Kəsilən qurbanlarımız Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən uğrunda fədakarlığın təntənəsidir. Uzun illərdən sonra nəhayət ki, qurbanlarımızı Şuşada, Cəbrayılda, Kəlbəcərdə, Laçında və işğaldan azad edilmiş digər ərazilərimizdə kəsməyə müfəvvəq olduq. Bu müqəddəs bayramı artıq ərazi bütövlüyünü qəhrəmancasına bərpa etmiş xalq olaraq qeyd edirik. Vətən uğrunda şəhid olanların xatirəsini dərin hörmət və ehtiramla yad edir, qazilərimizə şəfa arzulayıram. Allah kəsilən qurbanları qəbul etsin, bayramınız bir daha mübarək olsun”.

Tarix: 20 İyul 2021, 09:58   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin