BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirdi

Koronavirus (2019-nCoV) virusunun Çində yayılması xəbəri fonunda Bakı Beynəlxalq Dəniz Limanında (Bakı limanı) sanitar nəzarət gücləndirilib.

 

Bakı limanından Pravda.az-a verilən məlumata görə, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür.

 

Məlumata əsasən, limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım maşını fəaliyyət göstərir.

 

Tarix: 29 Yanvar 2020, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin