BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Olimpiadaya vəsiqə qazanan idmançımız zədələndi

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacımurad Hacıyev zədələnib.

 

Pravda.az-ın məlumatına görə, 74 kq-da mübarizə aparan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazansa da, Yaponiyaya gedə bilməyəcək. Hacıyev güləş millisinin Göygöldə məşqləri zamanı zədələnib və müalicə olunsa da, sağalmayıb.

 

Olimpiadaya vəsiqə qazanan idmançının məşqlər zamanı ciddi xəsarət almasının səbəbi isə açıqlanmayıb. Onun yerinə komandamızın digər üzvü Turan Bayramov yarışa qatılacaq.

 

Hacımurad Hacıyevin Olimpiadaya getməyəcəyi bir müddət öncədəb bəlli olsa da, Azərbaycan Güləş Federasiysı bunu təkzib edirdi. Federasiya 74 kq-da yarışacaq idmançını zədəli vəziyyətdə Tokioya aparmaq niyyətində olsa da, vəziyyətinin ağırlığı buna imkan verməyib.

Tarix: 20 İyul 2021, 12:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin