BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədin şəkillərini yenə cırdılar - FOTO

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif İbrahimovun (Şakiroğlu) təşviqat şəkillərini yenə cırıblar.

 

Bu barədə Pravda.az-a A.İbrahimov özü məlumat verib.

 

O bildirib ki, metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında yerləşən seçki qərargahının qarşısındakı şəkillər gecə saatlarında qoparılıb: “Qərargahın yaxınlığında müşahidə kamerası da var, kimin qoparmasını müəyyən etmək elə də çətin deyil. Artıq ikinci dəfədir ki, bu hal baş verir, amma hər hansı tədbir görülmür. Biz bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyik".

Fotoları təqdim edirik
Tarix: 29 Yanvar 2020, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin