BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə taxıl sahəsindən başlayan yanğın meşə sahəsinə də yayıldı

Şəkidə 30 hektar ərazi yanıb.

Pravda.az-ın məlumatına görə, bu gün axşam saat 17:00 radələrində rayonun Kiş kəndi ərazisində kənd sakinlərinə məxsus əkin sahələrində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Əkin sahələrində başlayan yanğın yaxınlıqdakı “Salıncaq” adlanan meşə ərazisinə də keçib. Yanğın nəticəsində ümumilikdə 30 hektar ərazidə biçilmiş taxıl sahəsi, meşə ərazisində isə kol-kos və qurumuş ot yanıb. Yanğının meşə ərazisindəki iri ağaclar olan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

APA

Tarix: 20 İyul 2021, 22:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin